Главная > Dünya > Kanadada rekord sayda yoluxma qeydə alındı

Kanadada rekord sayda yoluxma qeydə alındı


3-10-2020, 08:01. Разместил: azadses
Kanadada bir gündə yeni koronavirus infeksiyasına yoluxma rekord həddə çatıb.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Belə ki, ölkədə bir sutka ərzində 2 124 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxanların ümumi sayı 162 659 nəfərdir. Ən çox yoluxma halı Kvebek və Ontario əyalətlərində qeydə alınıb.
Pandemiya nəticəsində ümumilikdə 9 409 pasiyent həyatını itirib. Müalicə olunan 137,6 min nəfər isə sağalıb.

Вернуться назад