HƏMAS ABŞ-nin Qəzzada atəşkəslə bağlı təklifini rədd edib
- 17-08-2024, 15:40
- Dünya
HƏMAS ABŞ-nin Qəzzada atəşkəslə bağlı təklifini rədd edib.
"Report" bu barədə "Associated Press"ə istinadən xəbər verir.
"Hərəkatın bəyanatında deyilir ki, son təklif əvvəllər razılaşdırılmış versiyadan əhəmiyyətli dərəcədə fərqlənir və onlar yeni təklifləri qəbul etməyə hazır deyillər", - agentlik bildirir.
Qəzzada atəşkəslə bağlı danışıqlar aparan vasitəçi dövlətlər Qətərin paytaxtı Dohada ötən həftə əldə edilmiş razılaşmalar əsasında sazişin bağlanmasını asanlaşdıra biləcək təkliflər irəli sürüblər. Vasitəçilər gələn həftənin sonuna kimi müəyyən nəticələri gözləyirlər.
Bu arada ABŞ Prezidenti Cozef Bayden növbəti raundu Dohada keçirilən danışıqların davam etdiriləcəyini bildirib.
"Komandalarımız yaxın günlərdə texniki işləri davam etdirmək üçün yerində qalacaq və yüksək səviyyəli məmurlar həftənin sonuna qədər Qahirədə yenidən toplanacaq", - Ağ Evin açıqlamasında deyilir.
Bayden qeyd edib ki, Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ-nin təklifinə dəstək ifadə ediblər.