Cozef Bayden gələn həftə Boris Consonla görüşməyi planlaşdırır
ABŞ prezidenti Cozef Bayden gələn həftə Ağ Evdə Böyük Britaniyanın baş naziri Boris Consonla görüşməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə çərşənbə günü “Axios” portalı mənbələrə istinadən yazıb.
Portalın məlumatına görə, görüş həftənin əvvəlində nəzərdə tutulub, amma dəqiq tarix hələ açıqlanmır.
"Axios"un qənaətincə, Baydenin Ağ Evdə Consonu qəbul etməsi bir daha onu sübut edir ki, iki lider COVID-19, Çin və iqlim dəyişikliyi məsələləri üzərində birgə işləməyi planlaşdırır.
Bazar ertəsi isə Britaniyanın “The Times” qəzeti mənbələrə istinadən bildirib ki, Conson BMT Baş Assambleyasının sessiyasında iştirak üçün ABŞ-a dörd günlük səfərinin gedişatında Amerika prezidenti ilə danışıqlar aparacaq.