“Reuters”: İsrail Qəzzada atəşkəs üçün yeni şərtlər irəli sürüb
- 26-07-2024, 13:00
- Dünya
İsrail Qəzza zolağında atəşkəs və Fələstinin radikal “HƏMAS” hərəkatı ilə girovların mübadiləsi planına dəyişiklik etməyə çalışır.
“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Belə ki, iyulun əvvəlində Qahirədə keçirilən danışıqlarda İsrail rəsmiləri yeni şərt irəli sürüblər ki, mülki şəxslər Qəzza zolağının cənubundan şimalına keçərkən yoxlamalardan keçməlidirlər. Lakin “HƏMAS” bu şərti rədd edib.
Mənbələrin bildirdiyinə görə, İsrail həmçinin, Qəzza ilə Misir arasındakı sərhədə nəzarətin ordusuna verilməsini tələb edib.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi, Ağ Ev və Misirin Xarici İşlər Nazirliyi hələlik müvafiq sorğuya cavab verməyib.