ABŞ: İsrail və HƏMAS arasında hər şey razılaşdırılmayana qədər saziş bağlanmayacaq
- 5-07-2024, 11:19
- Dünya
İsrail və HƏMAS arasında hər şey razılaşdırılmayana qədər saziş bağlanmayacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra jurnalistlər üçün keçirilən xüsusi brifinqdə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.
Onun sözlərinə görə, ABŞ yaxın günlərdə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında razılaşmanın bağlanacağını gözləmir.
"Hər şey razılaşdırılmayana qədər müqavilə bağlanmayacaq, bu səbəbdən yaxın günlərdə onun bağlanmasını elan edəcəyimizi düşünmürəm", - administrasiya nümayəndəsi bildirib.
Rəsmi qeyd edib ki, HƏMAS-ın son atəşkəs təklifinə müsbət reaksiyası “dalandan çıxmağa” işarə edir:
“Saziş Baydenin təklifinə və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə tam uyğundur. Lakin onun həyata keçirilməsi proseduru hələ də razılaşdırılmalıdır”.
Xatırladaq ki, mayın 31-də ABŞ Prezidenti Qəzzada sülh nizamlanmasına dair üç mərhələdən ibarət yeni saziş layihəsinin şərtlərini açıqlayıb. Birincisi altı həftə üçün nəzərdə tutulub və tam atəşkəs, İsrail qoşunlarının ərazilərdən çıxarılması, yüzlərlə fələstinli məhbusun, HƏMAS hərəkatının saxladığı girovların azad edilməsini nəzərdə tutur. Bu müddət ərzində tərəflər danışıqlara başlamalıdır və qarşılıqlı anlaşma əldə olunana qədər atəşkəs qüvvədə qalacaq. İkinci mərhələ bütün girovların, o cümlədən hərbi qulluqçuların azad edilməsini nəzərdə tutur. Üçüncü mərhələ Qəzza zolağının bərpası və ölən israillilərin qalıqlarının yaxınlarına təhvil verilməsidir.