azadses.az » Dünya » ABŞ-nin vitse-prezidenti və İsrail rəsmisi Qəzzada atəşkəsi müzakirə ediblər

ABŞ-nin vitse-prezidenti və İsrail rəsmisi Qəzzada atəşkəsi müzakirə ediblər

ABŞ-nin vitse-prezidenti Kamala Harris və İsrailin Hərbi kabinetinin üzvü Benni Qanz Qəzzada humanitar vəziyyəti və altı həftəlik müvəqqəti atəşkəsi müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Vitse-prezident girovlarla bağlı razılığın əldə olunmasının aktuallılığını müzakirə edib və İsrailin girovlarla bağlı danışıqlara konstruktiv yanaşmasını alqışlayıb. O, HƏMAS-ı girovların azad edilməsinin altı həftə ərzində dərhal atəşkəsə səbəb olacağı və bütün Qəzzada humanitar yardımın həcminin artırılmasına imkan verəcək təklif olunan şərtləri qəbul etməyə çağırdı”, - məlumatda deyilir.

Qeyd olunur ki, Harris “Qəzzada humanitar vəziyyət və Qəzzanın şimalında yardım karvanı ilə bağlı son dəhşətli faciə ilə bağlı dərin narahatlığını” ifadə edib.

Harris və Qanz Rəfahdakı vəziyyəti və "orada hər hansı böyük hərbi əməliyyatı nəzərdən keçirməzdən əvvəl etibarlı və həyata keçirilə bilən humanitar planın hazırlanmasının zəruriliyini" müzakirə etdilər.

Ağ Ev qeyd edib ki, Harris "İsraili ABŞ və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, Qəzzaya humanitar yardım axınını artırmaq və ehtiyacı olanlara təhlükəsiz şəkildə paylanmasını təmin etmək üçün əlavə tədbirlər görməyə çağırıb".

Harris həmçinin HƏMAS-ın oktyabrın 7-də törətdiyi terror aktını bir daha pisləyib. O, ABŞ-ın İsrailin özünümüdafiə hüququna dəstəyini bir daha təsdiqləyib və ölkəsinin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini vurğulayıb.

Vaşinqtona səfəri zamanı Qantsın prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerklə də görüşü nəzərdə tutulub.

Çərşənbə axşamı Qanz ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək.

Bundan sonra o, Londona yollanacaq, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və digər rəsmi şəxslərlə görüşəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  2. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  3. Sumqayıtda təlim maşını yanıb
  4. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  5. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  6. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  7. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  8. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
  9. Nərimanov rayonunda yol qəzası olub, yaralanan var
  10. Qobustanda avtomobil aşıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib