KİV: MKİ direktoru Qəzza danışıqları üçün Qətərə gedəcək
- 7-07-2024, 15:30
- Dünya
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns gələn həftə Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Dohaya yollanacaq.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı İsrail mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, o, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani, İsrailin "Mossad" kəşfiyyatının direktoru David Barnea və Misirin Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamel ilə razılığa gəlmək üçün görüşəcək.
Nəşr qeyd edib ki, İsrail və Amerika rəsmiləri Fələstinin HƏMAS radikal hərəkatı ilə mümkün razılaşmalara dair əvvəlkindən daha nikbindirlər. Mənbələrə görə, indi əsas fikir ayrılığı HƏMAS-ın ABŞ, Misir və Qətərdən əməliyyatın ikinci mərhələsi ilə bağlı danışıqların birinci mərhələsi həyata keçirildiyi müddətdə vaxt məhdudiyyəti olmadan davam edə biləcəyinə dair zəmanət istəməsidir. İsrail və Amerika rəsmiləri bu məsələnin həll oluna biləcəyini və həll edilməli olduğunu vurğulayıblar.