Qazaxıstanda azı 33 uşaq zəhərlənib
- 8-11-2023, 13:35
- Dünya
Qazaxıstanın Jambil vilayətində məktəb yeməkxanasında zəhərlənən azı 33 uşaq və 2 böyük xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.
Qeyd olunub ki, rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin ümumi sayı 48 nəfərdir ki, onlardan 2-si böyük olmaqla 35 nəfər xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya daxil olanların əsas kontingentini 7-10 yaşlı uşaqlar (məktəblilər) təşkil edir. İlkin məlumatlara görə, müraciət edənlər məktəbin yeməkxanasında nahar ediblər və onlara kəskin qida zəhərlənməsi diaqnozu qoyulub.
Xəstəxanaya yerləşdirilənlərin isə vəziyyəti orta-stabildir.