Bakıda dönərdən zəhərlənən şagirdlərin son durumu açıqlanıb
Bakının Binə qəsəbəsində dönərdən zəhərlənməsi ehtimal edilən dörd məktəbin şagirdlərinin son durumu açıqlanıb.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: "Bir uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabildir".
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 20 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.
Həmin məktəblərin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal təcili-tibbi yardıma müraciət edib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər xəstəxanaya yerləşdirilib.
Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.
Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.