Ağdaş rayonunda azyaşlı uşaq civədən zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib.
Belə ki, 4 yaşlı B.N. adlı uşaq evdə termometri sındırıb və içindəki civəni içərək zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.