Azərbaycanda iki azyaşlı qidadan zəhərləndi: Biri öldü
Qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.
Mərkəzin Mətbuat xidmətindən verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətiriliblər.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri - 2019-cu il təvəllüdlü X.F. 13:08-də vəfat edib. Digəri, 2013-cü il təvəllüdlü M.F. reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır.
Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.