![](/uploads/posts/2022-09/medium/1663318056_fotojet-7-1.jpg)
Ağdaşda üç yaşlı uşaq dərmandan zəhərlənib.
“Report” xəbər verir ki, rayon sakini, 2019-cu il təvəllüdlü M.Həşimova evdə nəzarətsiz qalaraq dərman həbləri udub.
O, dərhal xəstəxanaya çatdırılıb.
Azyaşlıya dərman zəhərlənməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.