Baxmut təslim ola bilər
Rusiya və Ukrayna qüvvələri arasında qarşıdurmaların davam etdiyi Ukraynanın Baxmut şəhəri tezliklə Rusiyanın əlinə keçə bilər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberq son həftələr Baxmut və ətrafında sıx qarşıdurmaların yaşandığını, Rusiyanın bura daha çox əsgər yerləşdirdiyini vurğulayıb:
"Baxmutun yaxın günlərdə təslim ola biləcəyini də gözardı edə bilmərik. Bu vəziyyətin müharibədə dönüş nöqtəsi olmayacağını vurğulamaq lazımdır. Ukraynanı dəstəkləməyə davam etməliyik”, - deyə Stoltenberq qeyd edib.