NATO-dan Rusiyaya - Çağırış
“Rusiya ordusunun Ukrayna sərhədinə doğru köçürülməsi “sadəcə blef” kimi qiymətləndirilə bilməz”.
“Azadsəs.az” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Welt” qəzetinə açıqlamasında bildirib.
"Bu il ikinci dəfədir ki, biz Rusiyanın minlərlə əsgərini Ukrayna sərhədinə köçürdüyünü görürük. NATO gələcəkdə də özünü hücumdan qoruya bilməsi üçün Ukraynaya siyasi və praktiki dəstəyi davam etdirəcək. Rusiyanı gərginliyi azaltmağa çağırıram. Eyni zamanda, biz keçmişdə olduğu kimi, Rusiya ilə də dialoqa açığıq. Gərginlik yüksək olduqda, dialoqun əhəmiyyəti daha da artır", - deyə Stoltenberq deyib.
Kiyev və Qərb ölkələri son vaxtlar Rusiyanın Ukrayna sərhədlərində “aqressiv hərəkətləri”nin artdığını iddia edirlər. Amma Moskva bəyan edir ki, o, öz ərazisində və öz qaydalarına uyğun hərəkət edir.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl vurğulamışdı ki, Rusiyanın Ukraynaya qarşı hər hansı hücum planı yoxdur.