ABŞ və NATO Ukraynanı müzakirə etdi
ABŞ Dövlət katibi Entoni Blinken və NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna-Rusiya müharibəsini müzakirə ediblər.
“Azadsəs.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.
Bildirilib ki, bu gün Berlində başlayan NATO Xarici İşlər Nazirləri toplantısında çıxış edən Blinken və Stoltenberq Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı pisləyib.
Onlar Ukrayna xalqını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayaraq, NATO-nun 28-30 iyun tarixlərində Madriddə keçiriləcək sammitinə hazırlığını da müzakirə ediblər.