NATO Rusiya ilə Çin arasındakı yaxınlaşmadan ehtiyat edir
“Vestnik Kavkaza” xəbər verir ki, o ittifaq üçün əsas təhdidləri açıqlayıb:
“Rusiyanın sabitliyi pozan davranışı, terrorizm, kiber hücumlar, texnologiyalar, Çinin yüksəlişi və iqlim dəyişikliyi problem olaraq qalır”.
Hesabatda Rusiya ilə Çin arasındakı yaxınlaşma ayrıca problem kimi vurğulanır.
“Çin və Rusiyanın daha çox birlikdə çalışması və birlikdə hərbi təlimlər keçirməsi gələcəkdə NATO-nun qarşısında duran problemləri müəyyənləşdirir. Bu səbəbdən NATO-nun daha mürəkkəb təhlükəsizlik mühitinə uyğunlaşmağa və cavab verməyə davam etməsi vacibdir”, - Stoltenberq bildirib.
O qeyd edib ki, NATO avtoritar Çinin yüksəlməsi və Rusiyanın daha iddialı və aqressiv davranışından ehtiyat edir.