“Bu Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilə bilər”
“Qorxuram ki, Ukraynadakı münaqişə nəzarətdən çıxıb NATO ilə Rusiya arasında böyük müharibəyə çevriləcək. Amma əminəm ki, biz bundan qaçacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Norveçin NRK telekanalına müsahibəsində deyib.
NATO-nun Baş katibi etiraf edib ki, hazırda dünyada Avropa və Norveçin taleyi həll olunur. O, bildirib ki, işlər “çox pis gedə bilər”.
Stoltenberqin fikrincə, Avropada sülhü yalnız güclü Ukrayna təmin edə bilər. O, bunun üçün Kiyevə dəstəyi və silah tədarükünü davam etdirməyin lazım olduğunu vurğulayıb.