Azərbaycan və İsveçin NATO-dakı nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
- 3-03-2023, 20:43
- Dünya
![Azərbaycan və İsveçin NATO-dakı nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər](/uploads/posts/2023-03/fotojet-2023-03-03t194344_622.jpg)
Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsveçin NATO-dakı səfiri Aksel Vernhoffla görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bu barədə Cəfər Hüseynzadə “Twitter” hesabında bildirib.
Görüşdə, həmçinin iki ölkənin NATO-dakı tərəfdaşlığı və Azərbaycanın alyansın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub.