Türkiyə, Finlandiya və İsveçin NATO-ya üzvlük barədə danışıqları bərpa edəcəkləri vaxt bilindi
- 23-02-2023, 14:15
- Dünya
Türkiyə, İsveç və Finlandiya mart ayında iki ölkənin NATO-ya daxil olması ilə bağlı danışıqları bərpa etmək niyyətindədir.
Bu barədə İsveçin baş naziri Ulf Kristersson deyib:
“İsveç, Finlandiya və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı danışıqlar mart ayında bərpa olunacaq”.
Onun sözlərinə görə, danışıqlar prosesinin bütün iştirakçıları qarşıdan gələn görüşü təsdiqləyiblər. Eyni zamanda, İsveç hökumətinin başçısı danışıqların dəqiq tarixini açıqlamayıb.