azadses.az » Dünya » Türkiyənin əlindəki “İsveç kartı”: Daxili və xarici siyasət üçün alətlər - TƏHLİL

Türkiyənin əlindəki “İsveç kartı”: Daxili və xarici siyasət üçün alətlər - TƏHLİL

Türkiyənin əlindəki “İsveç kartı”: Daxili və xarici siyasət üçün alətlər - TƏHLİL

İsveçlə Finlandiyanın, xüsusilə birincinin NATO qapılarını aralayıb Alyansın üzvünə çevrilməsi müşkülləşir.

Türkiyə İsveçin PKK-ya dəstəyinin kəsilməyəcəyindən ehtiyat edir və aldanmış dövlət imici qazanmamaq üçün İsveçin NATO yolunun önünə sədd çəkir.

Səddi qaldıra biləcək mexanizmlər də mürəkkəbləşir, çünki İsveçin NATO ailəsinin üzvü olmaqda ləngiməsi Rusiyanın manevr imkanlarını genişləndirir.

Qısası, Türkiyə ilə İsveç arasındakı gərginlik Rusiyanın işinə yarayır və mümkündür ki, Ankara Moskva ilə yaxın təmaslarla bu mövzunu gündəlikdə saxlayır.

Türkiyə Rusiya-Ukrayna müharibəsi ilə Moskvanın və NATO-nun zəifləyən yerlərini doldura bilən gücə sahiblənir.

Ankara strateji incəliklər üzərində məharətlə oynayaraq həm NATO-nun, həm də Rusiyanın ona minnətçi düşməsini hədəfləyir.

Bu, Türkiyənin tərəflər arasındakı ziddiyyətlərin meydana çıxardığı boşluqlara sızaraq orada möhkəmlənməsinə münbit zəmin yaradır.

Ankaranın oyunçuluq bacarıqlarının yüksəlməsi onun PKK-ya qarşı mübarizə çərçivələrini də böyüdür.

Türkiyənin İsveçin üzünə “NATO qapısı”nı bağlaması həm PKK əleyhinə cəbhənin, həm də Ankaranın iradəsinin ziddinə olanların aktivləşməsi üçün şərait yaradır.

Bu baxımdan Ankara “İsveç kartı”nı Qərbdə güclənən anti-Türkiyə ovqatına qarşı oynayır.

Türkiyə Qərbi öz iradəsinə tabe etdirmək istəyir və bununla həm daxili, həm də xarici siyasətdəki alətlərini gücləndirməyi hədəfləyir:

Daxili məsələ: Türkiyə iqtidarı prezident seçkisinin vaxtı yaxınlaşdıqca, Qərb mənşəli artan təzyiqlərlə üzləşir. Bu prizmadan Türkiyə İsveçin NATO üzvlüyünə iki halda razılıq vermək üçün Qərbi öz şərtləri qarşısında aciz duruma salmaq istəyir:

Birincisi, İsveç PKK-nı dəstəkləməkdən vaz keçsin;

İkincisi, Qərb Türkiyədəki prezident seçkisində təxribatlar hazırlamaqdan kənarda dursun.

Xarici məsələ: Türkiyə Yaxın Şərqdən Afrikaya, Cənubi Qafqaza qədər uzanan geniş coğrafiyadakı strateji əsaslarını bərkitməkdə inadkardır. Türkiyə İsveçin NATO-ya üzv olması müqabilində NATO-nun həmin coğrafiyalarda Ankaraya dəstəyini gücləndirməyi tələb edə bilər.

Digər yandan, Ankara ABŞ ilə olan problemlərinin həll açarını “İsveç kartı” ilə cilalamağa çalışır, məqsədlərdən biri də “F-16” və “F-35” qırıcı təyyarələrinin tədarükünə nail olmaqdır.

Düşünə biləcəyimiz başqa mövzu Yunanıstanın Türkiyəyə qarşı hədələridir, Ankara Qərbdən dəstək alıb Afinanı diplomatik-siyasi yollarla zərərsizləşdirməyi arzulayır.

Bəlkə də, NATO-ya üzv olmaq eşqi ilə alışıb-yanan İsveç hansısa məqamda geri addım atacaq, lakin Türkiyənin tələblər portfelinin geniş olması Qərb üçün məqbul deyil.

Rusiya bundan istifadə edərək İsveçin NATO üzvlüyü üçün prosesləri iynələməyə çalışacaq.

Bu məqamda Türkiyə Rusiya ilə daha da yaxınlaşa bilər, hərçənd ki, Ankaranın NATO-dakı mövqeyi onu bəzi məsələlərdə Moskva ilə rəqib edir.

Proseslər Rusiya-Ukrayna müharibəsinin nəticələrinin aydınlaşması fonunda yönləndiriləcək. Lakin İsveçin NATO-ya üzv olub-olmamasından asılı olmayaraq onun və Qərbin Türkiyəyə qarşı tövründə əsaslı dəyişiklik gözlənilmir.

İsveçin Alyansa üzvlüyünü axsatmaq Rusiya ilə Türkiyənin Suriyada və Cənubi Qafqazdakı müştərək maraqlarına müsbət təsir edə bilər.

Türkiyə Rusiyaya öz maraqları önündə maneə yaratmamasını şərt kimi irəli sürə bilər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?