Tayvan: “Çin bizi işğal etməyə hazırlaşır”
“Çin hərbi təlimlər adı altında Tayvanı işğal etməyə hazırlaşır”.
Tayvan təmsilçisi Cozef Vu bu barədə Taybeydə keçirdiyi mətbuat konfransında açıqlayıb.
O qeyd edib ki, atışma səbəbindən Hind-Sakit Okean regionunda ən işlək marşrutlardan birində dəniz və hava nəqliyyatı bağlanmalı olub.
Onun sözlərinə görə, ABŞ konqresmeninin səfərindən bəhanə kimi istifadə edən Pekin işğala hazırlaşarkən Tayvan boğazı və ona bitişik ərazilərdə hökmranlıq etmək niyyətini nümayiş etdirib.
Cozef Vu bildirib ki, Çinin əsl niyyəti hərbi təlimlər deyil, Tayvan boğazında və bütün regionda status-kvonun dəyişdirilməsidir.
O, azadlığı müdafiə edən bütün ölkələri avtoritarizmin yayılmasına qarşı durmaq üçün birləşməyə çağırıb.