Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
![](/uploads/posts/2022-08/medium/1659847358_297767481_2288110911371827_656210295490116888_n.jpg)
Məlumatı Tayvan administrasiyası yayıb.
Hərbi manevrlər nəticəsində hər hansı insidentin qeydə alınmadığı bildirilir.
Qeyd edək ki, avqustun 4-dən etibarən Tayvan ətrafındakı günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Səbəb ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri və bu səfər ətrafında Çinlə ABŞ arasında yaranan siyasi qarşıdurmadır.