“Global Times”: “Pelosinin təyyarəsi nasazlıq bəhanəsi ilə Tayvana enə bilər”
“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu təyyarə texniki nasazlıq və ya yanacaqdoldurma bəhanəsi ilə Tayvana enə bilər”.
Bu barədə “Global Times” məlumat yayıb.
KİV-in məlumatına görə, bununla bağlı “Çin hərbi patrulları, radarları, eləcə də təlimlərdə iştirak edən qüvvələr yaxın günlərdə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir”.
Nəşr onu da qeyd edir ki, əgər Pelosinin təyyarəsində həqiqətən problemlər yaranarsa, o zaman Çin ordusu müdafiəni təmin edə bilər. Eyni zamanda təyyarənin Cənubi Çin dənizindəki Haynan əyalətinin Sanşa hava limanına və ya Çinin materik hissəsində yerləşən digər hava limanlarına enməsinə icazə verə bilər.
Çinin Xalq Universitetinin professoru Dyao Damin bildirib ki, Pelosinin rəsmi səyahət proqramında Tayvanın olmaması onun “Çinə birbaşa və açıq şəkildə meydan oxumağa cəsarət etmədiyi” anlamında gələ bilər. Bununla belə, Pelosinin Tayvanı ziyarət etmək cəhdləri də istisna edilmir.