Dünyada müharibənin başlaya biləcəyi - Üç nöqtə
- 8-12-2021, 09:21
- Dünya
“The Wall Street Journal”ın köşə yazarı Cerald Seib ABŞ üçün “dram”a çevriləcək 3 hərbi münaqişənin baş verməsi riskinin artdığını bildirib.
“Azadsəs.az” xəbər verir ki, müəllif əminliklə yazıb:
“ABŞ və onun müttəfiqləri təhlükəli – həddindən çox təhlükəli anla qarşı-qarşıyadır”.
Seib ehtimal olunan münaqişələr arasında birinci Rusiyanın Ukraynanı “işğalını” göstərib. Bunu isə Rusiya hərbçilərinin Ukrayna ilə sərhədə cəmləşməsi ilə əsaslandırıb.
İkinci mümkün qaynar nöqtə Çinin Tayvanda əməliyyatıdır.
“Çin prezidenti Si Tszinpin Tayvanı Pekinin nəzarəti altına almaq niyyətini açıq şəkildə bəyan edən Çin liderlərinin sonuncusudur”, - deyə Seib qeyd edib.
Üçüncü təhlükə İranın nüvə proqramı ilə bağlı danışıqların pozulma ehtimalıdır.
“İranın danışıqlardakı aqressiv mövqeyindən və uranın zənginləşdirilməsinin gücləndirilməsindən belə nəticə çıxır ki, Tehran ən azı nüvə həddinə çatmaqda qərarlıdır”, - Seib yazıb.
O ehtimal edib ki, ABŞ İranın nüvə statusu ilə razılaşa bilər, ancaq bu vəziyyət İsraili qane etməyəcək.
“Bu isə o deməkdir ki, hərbi əməliyyatların perspektivi hər gün daha da kəskinləşir”, - deyə müəllif yekunlaşdırıb.