azadses.az » Cəmiyyət » Azərbaycandakı palçıq vulkanlarında qeyri-adi minerallar aşkarlandı

Azərbaycandakı palçıq vulkanlarında qeyri-adi minerallar aşkarlandı

Tədqiqatlar Ukrayna Milli Elmlər Akademiyası ilə birgə həyata keçirilib
Azərbaycan və Ukrayna alimlərinin birgə apardıqları tədqiqat nəticəsində ölkəmizdəki palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi mineralların və mineralların nadir növlərinin olduğu müəyyən edilib.
İstiPress-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan bildirilib ki, bununla bağlı "Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasının aksessor minerallaşması" layihəsi çərçivəsində araşdırmalar aparılıb.
Tədqiqatlar Ukrayna Milli Elmlər Akademiyasının Dəniz geologiyası, geoekologiyası və çökmə filizəmələgəlməsi problemləri Mərkəzinin mütəxəssisləri ilə birgə həyata keçirilib.
Tədqiqatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi mineraloji tərkib – təbii əmələ gəlmiş mineralların, qeyri-səciyyəvi sulfatların, oksidlərin, təbii dəmir (vüstit, hematit) minerallarının, eləcə də nadir növlərinin varlığı müəyyən edilib ki, bu da həmin mineralların dərin flüidlərin təsiri nəticəsində əmələ gəlməsini hesab etməyə imkan verir.
Qeyd edək ki, sopka brekçiyası vulkandan çıxan püskürmə məhsullarıdır. O, əsasən ətraf süxurlara yad olan sərt süxur qırıntıları ilə gilli kütlə qarışığından ibarət olur.
Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 353-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb.
Azərbaycanda ilk vulkan püskürməsi 1810-cu ildə Xəzərdə qeydə alınıb. Ötən 200 il ərzində Azərbaycanda (həm quru sahədə, həm də Xəzərin Azərbaycan sektorunda) 93 vulkanda 418 püskürmə olub.
Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"