Xəzərdə ikinci zəlzələ oldu - YENİLƏNİB
- 1-05-2021, 16:00
- Cəmiyyət
Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 10:32-də qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3,1, dərinliyi isə 62 km olub.
09:16
Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:20-də qeydə alınıb.
Zəlzələ ocağı 47 kilometr dərinlikdə yerləşib.