Rusiyalı general brakonyerliyin qarşısının alınması üzrə Azərbaycanla görülən tədbirlərdən danışdı
“Xəzər dənizinin akvatoriyasında brakonyerlik fəaliyyətinin qarşısının alınması üzrə tədbirlərin səmərəliliyi artıb. Azərbaycan və Qazaxıstanın sərhəd qurumları ilə birgə həyata keçirilən tədbirlər zamanı ekoloji qanunvericiliyin tələblərini pozan 1500-dən çox şəxs saxlanılıb”.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov bəyan edib.
Onun sözlərinə görə, əməliyyat zamanı əlavə olaraq 60 kiçik qayıq və 54 km tor müsadirə edilib.
“1500 tona yaxın nərə balığının və 12 tondan çox xırda balıq növünün qanunsuz dövriyyəsi dayandırılıb. Təxminən 1200 nərə balıq nümunəsi təbii yaşayış mühitinə buraxılıb”, - deyə RF Sərhəd Xidmətinin rəhbəri bildirib.
Ordu generalı dəniz bioloji ehtiyatlarının brakonyerlik probleminin ən aktual olduğu Sakit okean və Xəzər regionlarında balıqçılıq fəaliyyətinə dövlət nəzarəti üçün səylərin gücləndirildiyini vurğulayıb.
“2021-ci ildə nəzarət edilən istehsal həcmlərinin payı 70%-dən çox olub. Nəzarət və yoxlama tədbirləri zamanı Rusiya Federasiyasının qanunvericiliyinin və balıqçılıq sahəsində beynəlxalq müqavilələrin 6000-dən çox pozulması faktı aşkar edilib, üçü xarici bayraq altında olmaqla 583 müxtəlif gəmi saxlanılıb. 1000 tondan çox qeyri-qanuni balıqçılıq məhsulları qeyri-qanuni dövriyyədən çıxarılıb, qanun pozucuları 660 milyon rubla (17,9 milyon manata) yaxın ziyan vurub”.