İtaliya prezidenti: "Azərbaycan modernləşmə prosesinin baş qəhrəmanı oldu"
- 21-02-2020, 11:25
- Siyasət
Sercio Mattarella İlham Əliyevin şərəfinə verilən ziyafətdə 20 Yanvar faciəsindən də danışıb
"Sovet İttifaqından tam ayrılma prosesinin başlanğıcını qoyan və hələ də yaddaşlarda yaşayan tarixin acı səhifəsi olan Qara Yanvar faciəvi hadisələrinin baş verdiyi tarixdən 30 il sonraya təsadüf edir". Bunu ötən gün Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə Kuirinale Sarayında verilən ziyafətdə İtaliya prezidenti Sercio Mattarella deyib.
Onun özlərinə görə, müstəqilliyini qazandıqdan sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq edib."Xəzər dənizi və Aralıq dənizi arasında Azərbaycanın körpü rolunu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqı enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir.
Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsirdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu".