Mixael Sulman: “Rusiya təcrid olunur... İvan Qroznı dövrünə xoş getdiniz”
- 14-07-2022, 22:00
- Siyasət
“Müxtəlif ssenarilər var. Onlardan birinə görə, Prezident Putin bütün Ukraynanı ələ keçirmək istəyir. Amma bundan sonra nə olacaq? Vereşşaginin “I Napoleon Rusiyada” əsəri var. Təsviri belədir ki, o, Moskvanı işğal edib, Moskva yanır. Bu, tarixdəki ən böyük “So what?”dır (“Hə, nə olsun?”).
Bunu Oxu.Az-a açıqlamasında isveçli analitik, iqtisadçı, Nobel Fondunun keçmiş icraçı direktoru, İsveç Kral Elmlər Akademiyasının və İsveç Kral Mühəndislik Elmləri Akademiyasının üzvü Mixael Sulman deyib.
Analitik Rusiyanın suveren, dinc Ukraynaya hücumundan əvvəl keçirilən rəy sorğularına əsasən, ictimai rəyin bölündüyünü qeyd edib.
“Rusiya dünya ÜDM-nin (ümumi daxili məhsulun) 1,5%-nə malikdir. Sadəcə, yanacaqdoldurma məntəqəsidir. Xüsusilə Rusiyanın qonşularının mövqelərini nəzərə alsaq, Rusiya Federasiyasının Ukraynanı ələ keçirməsi məqsədəuyğundurmu? Qazaxıstan Prezidenti, çin dilini mükəmməl bilən təcrübəli diplomat Kasım-Jomart Tokayevin çıxışını xatırlayın. O, beynəlxalq hüquqa istinad edərək kvazi-dövlətləri – “LXR” və “DXR”i tanımaqdan imtina etdi. Bundan sonra hər şey Rusiya üçün adi repertuara uyğun getdi, o, zərbə ilə cavab verdi - Qazaxıstan neftinin tranzitini bağladı. Amma mənə elə gəlir ki, Tokayevin arxasında Rusiyadan 20 dəfə güclü qüvvə dayanır - Çin. Çinlilər isə hesabı çox gözəl bilirlər və dünya ÜDM-nin 1,5%-nin olduğu Rusiya ilə ticarətlərinin 50%-nin dövr elədiyi bazarın arasındakı fərqin fövqündədirlər.
Digər əsas məsələ - Rusiyanın təcrid olunmasıdır. Xarici universitetlər rusiyalılar üçün bağlanır. Bir misala baxaq: 1946-cı ildə Tanzaniya və Koreyada adambaşına düşən ÜDM 200 dollar səviyyəsində idi. İndi Tanzaniya ilə Cənubi Koreya hansı səviyyədədirlər? Onların arasındakı böyük fərq əsasən Cənubi Koreyada təhsil və elmin inkişafı ilə bağlıdır.
Bir də təkrar edirəm, Rusiya təcrid olunur. Nə demək olar ki: İvan Qroznının dövrünə xoş getdiniz. Bu isə Türkiyə və Azərbaycan üçün bir siqnaldır, çünki qonşuda - Rusiya Federasiyasında ciddi yoluxucu xəstəlik varsa, o zaman onunla ünsiyyəti azaltmaq daha yaxşı olar”, - deyə o fikirlərini ifadə edib.