Gürcüstan prezidenti Vatikana səfərindən sonra özünütəcrid rejiminə keçib
Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.
“Maksimum ehtiyatlılıq baxımından Prezident müvafiq test nəticələrindən sonra iş mühitinə qayıdacaq”, - deyə Prezident Administrasiyasından bildirilib.
Mətbuat xidməti Zurabişvilinin koronavirus xəstəsi ilə məhz nə vaxt kontaktda olduğu ilə bağlı isə dəqiq məlumat verməyib.