Gürcüstan Saakaşvilini Ukraynaya vermək niyyətində deyil
Gürcüstan eks-prezident Mixail Saakaşvilini Ukrayna tərəfinə vermək istəmir.
Ölkənin baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani bildirib ki, siyasətçi həbs müddətini Gürcüstanda çəkəcək.
“Söhbət Saakaşvilinin Gürcüstan məhkəməsi tərəfindən ona verilmiş həbs müddətini çəkməsi üçün Ukraynaya təhvil verilməsindən gedirsə, belə bir niyyətimiz yoxdur. Bunun üçün hüquqi məqsədəuyğunluq yoxdur”, - deyə o, hökumət toplantısından sonra keçirilən brifinqdə qeyd edib.
Mənbə: TASS