İsrailin Baş naziri özünütəcrid rejiminə keçdi
- 27-12-2021, 12:40
- Dünya
![](/uploads/posts/2021-12/medium/1640589603_bennet.jpg)
“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus açıqlayıb.
Onun sözlərinə görə, hökumətin iclası zamanı Baş nazir qızının koronavirus testinin müsbət çıxdığını öyrənib və dərhal iclası tərk edib.
Baş nazir PCR-test verib və qızından ayrı olaraq özünütəcrid rejimində qalacaq.