Gürcüstanın iqtisadiyyat naziri özünü təcrid edib
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava özünütəcrid rejiminə keçib.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, buna səbəb nazirin yaxın təmasda olduğu şəxsin koronavirusa yoluxmasıdır.
Hazırda N.Turnavada COVID-19-a xas simptomların olmadığı bildirilir.