ÜST rəhbəri özünü təcrid etdi
- 2-11-2020, 08:25
- Dünya
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə ünsiyyətdən sonra özünü təcrid edib.
''Azad Səs'' Modern.az -a istinadən xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.
Baş direktorun sözlərinə görə, onun ünsiyyətdə olduğu şəxsin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. “Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma yaxın günlərdə ÜST-ün protokollarına uyğun olaraq özümü təcrid edəcəyəm və evdən işləmək niyyətindəyəm”, - ÜST-ün rəhbəri yazıb.
O, həmçinin koronavirusun yayılmasına qarşı mübarizə üçün bütün tələbləri dəqiq şəkildə yerinə yetirməyin zəruriliyini qeyd edib.