Pentaqon rəhbəri: “Rusiya Ukraynadakı müharibə ilə dünya nizamını məhv edir”
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiyanın Ukraynaya qarşı müharibəsi və dünya nizamını pozmaq cəhdlərinə cavab olaraq beynəlxalq ictimaiyyəti qüvvələri birləşdirməyə çağırıb.
Bu barədə Ostin Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik konfransında bildirib.
“Rusiyanın Ukraynaya təcavüzü - zülmkarlar hamımızı qoruyan qaydalara məhəl qoymayanda baş verir. Böyük dövlətlər öz imperiya iştahalarının sülhsevər qonşularının hüquqlarından daha vacib olduğuna qərar verdikdə belə olur. Ona görə də gəlin bu məqamdan ümumi məqsəd uğrunda birləşmək və qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirmək üçün istifadə edək”, - deyə o bildirib.
Ostin Rusiyanın qaydalara əsaslanan dünya nizamını məhv etdiyini də vurğulayıb.
“Əgər müdaxilə olunmazsa, bu, xaos və nizamsızlıqla dolu bir dünyanın formalaşmasına gətirib çıxaracaq ki, sivil dövlətlərdən heç biri belə bir dünyanın içində olmaq istəməz”, - deyə o əlavə edib.