ABŞ-dan Rusiyaya daha bir xəbərdarlıq
- 21-01-2022, 18:21
- Dünya
“ABŞ və avropalı tərəfdaşları Ukraynada vəziyyətin dinc yolla nizamlanmasında maraqlıdırlar”.
“Azadsəs.az” xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşün əvvəlində deyib.
Onun sözlərinə görə, bugünkü danışıqların məqsədi gərginliyin azaldılması və Kiyevə qarşı gələcək təcavüzün qarşısının alınmasıdır.
“Bu danışıqlar gərginliyin azaldılması və Rusiyanın Ukraynaya qarşı gələcək təcavüzün qarşısının alınması üzrə ardıcıl səylərin bir hissəsidir”, - deyə Blinken vurğulayıb.
E. Blinken, həmçinin qeyd edib ki, əgər diplomatik səylər uğursuz nəticələnərsə və Rusiya Ukraynaya qarşı aqressiv addımlar atmağa qərar verərsə, ABŞ və onun tərəfdaşları Moskvaya ağır nəticəli sürətli birgə cavab verməyə hazırdırlar.