Çexiya Ukraynaya Mi-24 helikopterlərindən ibarət eskadrilya göndərib
![](/uploads/posts/2022-05/medium/1653534581_fotojet-2022-05-25t172814_468.jpg)
Sovet istehsalı olan helikopterlər Ukraynaya hava məkanının qorunmasına kömək məqsədilə göndərilib. Lakin helikopterlərin sayı açıqlanmır.
Çexiya hakimiyyəti qeyd edib ki, müttəfiqlərin, xüsusən də ABŞ-ın artıq təhvil verilmiş döyüş helikopterlərinin dəyişdirilməsinə kömək etmələri şərtilə Ukraynaya daha çox helikopter göndərə bilərlər. ABŞ-ın müdafiə naziri Lloyd Ostin artıq çexlərə Ukraynaya göstərdikləri köməyə görə təşəkkür edib.