Dünya Bankı Rusiya və Belarusdakı bütün proqramları dayandırdı
- 3-03-2022, 12:33
- İqtisadiyyat
Dünya Bankı Ukraynadakı hadisələr fonunda Rusiya və Belarusdakı bütün proqramlarını dayandırdığını açıqlayıb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Dünya Bankı Qrupu məlumat yayıb.
“Dünya Bankı Qrupu 2014-cü ildən bəri Rusiyaya heç bir yeni kredit və ya sərmayə qoymağı təsdiqləməyib. Həmçinin, 2020-ci ilin ortalarından Belarus üçün yeni kreditlər təsdiq edilməyib. Rusiyanın Ukraynaya təcavüzü və Ukrayna xalqına qarşı hərbi əməliyyatların başlaması ilə, Dünya Bankı Qrupu Rusiya və Belarusdakı bütün proqramlarını dərhal dayandırıb”, - məlumatda deyilir.