Dünya liderləri Rusiyanın qondarma qurumları tanımasını qınayır
Rusiya prezidenti Vladimir Putin Rusiyanın qondarma “Donetsk və Luqansk xalq respublikalarının” müstəqilliyini rəsmən tanıdığını açıqlayıb.
Dünya liderləri bu qərarı qınayıb.
Belə ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Aİ diplomatiyasının rəhbəri Josep Borrell və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan ediblər ki, “DXR” və “LXR”in tanınması Ukraynanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.
Böyük Britaniyanın Baş nazir Boris Conson deyib ki, qondarma qurumların tanınması beynəlxalq hüququ pozur.
Litvanın xarici işlər naziri Qabrielius Landbergis Rusiyanın “LXR” və “DXR”i tanımaq qərarının sanksiyalarla qarşılanmalı olduğunu qeyd edib.
Həməçinin, Estoniya Xarici İşlər Nazirliyi “psevdorespublikaları” tanıdığına görə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
İsveçin xarici işlər naziri Ann Linde də Rusiyanın sözügedən qərarını pisləyib. “Bu, Beynəlxalq hüququn və Minsk razılaşmalarının açıq şəkildə pozulmasıdır”, - deyə o, qeyd edib.
“Norveç Rusiyanın qondarma “Xalq Respublikaları” olan Donetsk və Luqanskı tanımaq qərarını pisləyir. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulması, Minsk razılaşmalarının ruhuna və məzmununa birbaşa ziddir”, - deyə Norveç XİN-in bəyanatında bildirilib.