ÜST rəhbəri dünya ictimaiyyətini ayrıseçkilikdə ittiham etdi
“Dünya qaradərililər və ağdərililərlə bağlı fövqəladə hallara eyni dərəcədə diqqət yetirmir”.
“Azadsəs.az” “BBC”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, Ukraynaya göstərilən yardımın yalnızca az bir hissəsi digər humanitar böhranlara ayrılıb.
O, bununla belə, Ukraynaya göstərilən yardımı çox vacib adlandırıb.
Bununla belə, ÜST rəhbəri qeyd edib ki, Efiopiya, Yəmən, Əfqanıstan və Suriyada böhranlar davam edir, lakin bu böhranlar dünya ictimaiyyətində Ukraynadakı müharibə qədər narahatlığa səbəb olmur.