İqlim dəyişikliyi yeni pandemiyalara səbəb olacaq
Corctaun Universiteti alimlərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupunun üzvləri bəyan ediblər ki, iqlim dəyişikliyi gələcəkdə yeni pandemiyalara səbəb ola bilər.
Onların sözlərinə görə, temperatur daha da yüksəldikcə heyvanların yaşayış yerləri dəyişəcək. Vəhşi heyvanların, o cümlədən yarasaların populyasiyaları insanlara daha yaxın yaşayacaq və yeni virusların insanlara keçmə ehtimalını artıracaq. Həmçinin, heyvan qrupları öz aralarında virus mübadiləsi aparacaq ki, bu da yeni ştamların yaranmasına səbəb olacaq.
Tədqiqatçılar qeyd ediblər ki, iqlim dəyişikliyi yeni pandemiyalar üçün ən böyük risk faktoru ola bilər. Neqativ nəticələri minimallaşdırmaq üçün təkcə vəhşi heyvanların xəstəliklərini öyrənmək deyil, həm də virusların yayılmasını vaxtında proqnozlaşdırmaq üçün ətraf mühitdəki dəyişiklikləri real vaxt rejimində izləmək vacibdir.