ÜST-dən koronavirusla bağlı MÜSBƏT PROQNOZ
- 11-02-2021, 12:15
- Dünya
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge “El Pais” qəzetinə müsahibəsində deyib.
“Yeni variantlar virusun hələ də bizim üçün təhlükəli olduğunun sərt xatırlatmasıdır. Ancaq bu yeni bir virus deyil. O, ev sahibinə, insana uyğunlaşmağa çalışan hər bir patogenin normal təkamülüdür. Bu, yeni pandemiyanın başlanğıcı deyil, amma biz ayıq-sayıq olmalıyıq”, - deyə o qeyd edib.
Onun fikrincə, sayıqlıq vacibdir, çünki yeni ştammlar yenidən infeksiyaya və xəstəliyin daha sürətli yayılmasına səbəb ola bilər ki, bu da bəzi ölkələrin səhiyyə sistemlərinin pandemiya ilə mübarizə aparmasını çətinləşdirəcək.
ÜST mütəxəssisi bildirib ki, yeni ştammlar vaksinin effektivliyinə təsir edə bilər:
“Bunu ümumi qripdə gördük, bir az fərqli peyvənd tələb edən variantların olması mümkündür. Dürüst olmalıyıq: 2021 növbəti COVID-19-lu, amma bu dəfə daha çox idarəolunan, daha çox proqnozlaşdırıla bilinən il olacaq. Artıq peyvəndlər də daxil olmaqla bəzi müsbət elementlər mövcuddur. Pandemiyalar heç vaxt əbədi qalmır, onlar gələr və gedər”, - deyə Kluge bildirib.Oxu.az