Çin alimləri yarasalarda 24 yeni koronavirus növü aşkar ediblər
![](/uploads/posts/2021-06/medium/1623479457_610576-76547646.jpg)
CNN məlumat verir ki, 2019-cu ilin may - 2020-ci ilin noyabr aylarını əhatə edən araşdırmalar zamanı müxtəlif yarasa növləri tədqiq olunub. Vəhşi heyvanların bioloji nümunələrində 24 yeni COVID genomu üzə çıxarılıb. Onların dördünün SARS və COVID-19-a bənzədiyi bildirlib.
Qeyd edək ki, yarasalardakı sözügedən viruslar, adətən “beta koronaviruslar” olaraq mövcudluğunu davam etdirir. Lakin müəyyən şərtlər altında onlar mutasiyaya uğrayaraq digər heyvanlara, hətta insanlara da keçə bilir.