Azərbaycanda SMS icazə sistemi ilə bağlı ƏHALİYƏ VACİB XƏBƏR!
- 3-11-2020, 15:31
- Cəmiyyət
Xalqımız ön cəbhədə düşmənlə, arxa cəbhədə isə infeksiya ilə mübarizə aparmağa davam edir. Yoluxanların və ölənlərin statistikasının artması koronavirusla bağlı vəziyyəti ağırlaşdırıb.
Bəs, SMS icazə SİSTEMİ yenidən bərpa edilə bilərmi?
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Millət vəkili Fazil Mustafa açıqlamasında bildirib ki, yenidən SMS icazə sisteminin bərpasına ehtiyac yoxdur:
“Yenidən belə sərt qaydaların tətbiq olunması əhali üçün çətin və əziyyətli olacaq. Sadəcə maska və dezinfeksiya vasitələrindən istifadə etməklə, bu qaydaların vacibliyini insanlara xatırlatmaqla statistikanı tənzimləmək olar. Əgər sərt qaydalar yenidən tətbiq edilsə, bu, iş yerlərinə və çalışanlara problem yarada bilər. Bildiyimiz kimi, müəyyən dərəcədə məhdudlaşdırıcı qaydalar qüvvədə qalır, yəni, metro, məktəb və universitetlər bağlıdır. Bir daha sərt qaydalar tətbiq edilsə, yeni problemlərin yaranmasına səbəb ola bilər".