Yeni viruslarla qarşılaşacağıq - Alimdən XƏBƏRDARLIQ
- 3-01-2021, 11:13
- Cəmiyyət
1970-ci illərin ortalarında Mərkəzi Afrikada üzə çıxan Ebola epidemiyasının aşkarlanmasına kömək edən mikrobioloq, professor Jan-Jak Muyembe-Tamfum bəşəriyyətin bilinməyən bir sıra yeni viruslarla qarşı-qarşıya olduğunu və bütün dünyanın buna hazırlıqlı olmasının vacibliyini bildirib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, mikrobioloq Afrikanın tropik yağış meşələrindən çıxan yeni və potensial ölümcül virusların olduğunu açıqlayıb.
“İndi yeni patogenlərin ortaya çıxacağı bir dünyadayıq və bu, insanlıq üçün təhlükə yaradır. Gələcək pandemiyalar COVID-19-dan daha pis olacaq”, - Tamfum belə deyib.
Yeni patogenlərin koronavirus qədər sürətlə yayıla biləcəyini qeyd edən professor, Ebolanın ölüm nisbətinin 50-90 faiz arasında olacağını bildirib. Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, Konqo Demokratik Respublikasının İnqende şəhərində aşkarlanan X xəstəliyinin hipotetik olduğu bildirilib. Lakin elm adamları bu xəstəliyin yayılacağı halda dünyada ciddi problemlərə səbəb ola biləcəyindən narahatdırlar.