Pakistanda nə baş verir?
Xəbər verdiyimiz kimi, Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə hökuməti və parlamenti buraxıb. Ölkə parlamentinin buraxılmasından sonra İmran Xan istefaya göndərilib. Daha əvvəl isə Pakistanın Parlamentinin sədri Qasım Suri ölkə Konstitusiyasının 5-ci maddəsini əsas gətirərək, Baş nazir İmran Xana qarşı müxalifətin təşkil etdiyi etimad səsverməsini ləğv edib.
Bu qərar müxalifət partiyalarının və liderlərinin kəskin etirazına səbəb olub. Onlar qərara məhkəmədə etiraz edəcəklərini bildiriblər.
“Azadsəs.az” xəbər verir ki, artıq Pakistanda 90 gün sonra yeni parlament seçkilərinin keçirilməsinə dair qərar qəbul edilib.
Bəs Pakistanda davam edən hökumət böhranının səbəbi nədir?
Pakistan müxalifəti Baş nazir İmran Xan və hökumətini ölkədəki ağır iqtisadi vəziyyətdə və yüksək inflyasiyaya nəzarət edə bilməməkdə ittiham edib. Baş nazir isə başladılan kampaniyanı onun müxalifət liderlərinin təklif etdiyi korrupsiya sxemi ilə razılaşmaması ilə bağlı olduğunu bildirib.
Ekspertlər isə baş verənlərin rəsmi İslamabadın həyata keçirdiyi xarici siyasətlə bağlı ola biləcəyini də istisna etmir.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, İmran Xanın Rusiyaya son səfəri müxalifətin ona qarşı təzyiqinin artmasına səbəb olub:
“İmran Xan fevralın 24-də Rusiyaya səfər edərək, bu ölkənin lideri Vladimir Putinlə görüşmüşdü. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı gündür. Pakistanda İmran Xanın səfərini tənqid edənlərin sayı çoxalıb. İmran Xan Rusiyaya səfərinin Ukraynaya qarşı müharibəyə başlayacağı günə təsadüf edəcəyini bilsəydi, böyük ehtimalla, bu səfəri təxirə salardı”.
Politoloq xatırladıb ki, İmran Xan ona qarşı təxribatın hazırlandığı qənaətindədir:
“Təxribatın ünvanı kimi isə Vaşinqton göstərilir. Ağ Ev İmran Xanın xarici siyasətindən narazıdır. Birincisi, İmran Xan Çinlə ənənəvi müttəfiqliq siyasətini genişləndirir. İkincisi, İmran Xan Rusiya ilə ortaq layihələrə maraq göstərir. Bütün bunlar Vaşinqtonun xoşuna gəlmir.
İmran Xanın fikrincə, hökumət koalisiyasının dağılmasının arxasında Vaşinqtonun siyasəti dayanır. ABŞ-ın Pakistandakı səfiri Ancella Aqeller Xarici İşlər Nazirliyinə çağrılaraq ona etiraz bildirilib. Pakistan kəşfiyyatı hətta baş nazirə qarşı qətl planı hazırlandığını açıqlayıb. ABŞ bütün bu iddiaları təkzib edib”.
Politoloqun fikrincə, Pakistanın özündə də xarici siyasətdə Çinə və Rusiyaya birtərəfli üstünlüyün yanlış olduğunu vurğulayırlar:
“Əlbəttə, ABŞ-ın Hindistanla sıx əlaqələri Pakistandakı siyasi dairələrin xoşuna gəlmir. Ancaq Pakistanın ABŞ-la ənənəvi əlaqələri mövcud olub və Rusiya ilə Çinin xeyrinə bu əlaqələrdən imtinanın yanlış olduğunu söyləyənlər var.
Pakistan müxalifəti Rusiyanın Ukraynadakı aparıdığı işğalçı müharibəni və son qətliamları pisləyərək, İslamabadın Kremllə strateji tərəfdaşlığa çalışmasını yanlış adlandırırlar. Pakistanın ordu generalları da Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağın tərəfdarıdırlar”.