Türkiyə və Pakistan ordularını birləşdirdi: 3 həftə ərzində...
- 9-02-2021, 10:05
- Dünya
Türkiyə ilə Pakistan arasında icra edilən “Atatürk təlimləri 2021” başlayıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, iki ölkənin Silahlı Qüvvələrinin birlikdə yürütdüyü təlimlər Pakistanın Xeybər Pahtunhva əyalətinin Tarbela bölgəsində keçirilir.
Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr Qurumundan verilən açıqlamaya görə, təlimlər 3 həftə davam edəcək.
“Atatürk təlimləri 2021” iki qardaş ölkə arasındakı əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyır.
Türkiyə Milli Müdafiə Nazirliyi 4 yanvarda verdiyi açıqlamada Türkiyə-Pakistan Birgə Komando və Xüsusi Təyinatlılar Təlimlərinin 4-20 fevralda baş tutacağını bildirmişdi.
Türkiyə-Pakistan Birgə Komando və Xüsusi Təyinatlılar Təlimləri 1998-ci ildən etibarən iki ölkə arasında növbəli icra edilir. Təlim Türkiyədə “Cinnah”, Pakistanda “Atatürk” adlandırılır.