Ermənistan iflic olacaq, saatlar qaldı - ŞOK PLAN
- 8-12-2020, 11:43
- Dünya
Ermənistanda küçələrin və nəqliyyat mərkəzlərinin bağlanmasına dair planlar hazırlanır.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, paralel olaraq müxalifət hökumətə qarşı digər təzyiq mexanizmləri üzərində işləyir.
Parlamentdənkənar qüvvələr əmindir ki, təyin etdikləri son tarix - 8 dekabr saat 12:00-a qədər baş nazir Nikol Paşinyan istefasını elan etməyəcək. Buna görə də 16 müxalifət partiyasının ultimatumun bitməsindən dərhal sonra itaətsizlik hərəkətlərinə başlaması planlaşdırılır.
"Joxovurd" qəzetinin məlumatına görə, müxalifət bölgələrdə və paytaxtda hərəkəti iflic etmək niyyətindədir. Saat 12-dən başlayaraq hakimiyyət əleyhdarları İrəvan və müxtəlif bölgələrdə küçələri bağlayacaq: "Əldə etdiyimiz məlumata görə, bu, müxalifətin indiyə qədərki ən əsas planıdır. Lakin onları istefaya məcbur etmək üçün ölkə rəhbərliyinə təsir mexanizmləri də hazırlanır".