Ukrayna vəkilləri Azərbaycandan kömək istədi - Foto
Ukrayna Vəkillər Kollegiyasının vitse-prezidenti Valentyn Gvozdiy azərbaycanlı həmkarlarından kömək istəyib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz sosial şəbəkə hesabında məlumat yayıb.
O, Gvozdiyin müraciətinin fotosunu da paylaşıb: “Ukrayna Milli Vəkillər Assosiyasının (Національна асоціація адвокатів України) vitse-prezidenti, cənab Valentyn Gvozdiy mənə şəxsən müraciət edərək bu məlumatı paylaşmağı xahiş etdi. Ukraynada vəkil həmkarlarımız və ailələri çox ağır durumdadılar, təcili yardıma ehtiyacları var.
Aşağıda göstərilən hesaba hər kəs ianə edə bilər. Yardım Ukrayna Milli Vəkillər Assosiyasiyası tərəfindən mərkəzləşdirilmiş qaydada ehtiyacı olan vəkillərə humanitar məqsədlər üçün istifadə olunacaq”.