Generalın işdən çıxarılmasına vəkil səbəb olub? - Açıqlama
- 17-08-2020, 12:52
- Cəmiyyət
Dünən sosial şəbəkələrdə vəkil Adəm Məmmədov Ədliyyə Nazirliyinin generalı Nürəddin Mustafayevin işdən çıxarılmasına görə həmkarı İsmayıl Kəngərlini səbəb göstərib. A.Məmmədov qeyd edib ki, nazirliyin İcra baş idarəsinin rəisi olan N.Mustafayev bir işə görə 100 min manat rüşvət alsa da, icra etməyib və İ. Kəngərli də bu danışığını “zapis” edərək Prezident Administrasiyasına göndərib.
Vəkillər Kollegiyasının üzvü İsmayıl Kəngərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmkarı Adəm Məmmədovun intizam icraatı qaydasında cəzalandırılması üçün VK-nin Rəyasət Heyətinə və sədr Anar Bağırova müraciət edib:
“Mənim Adəm Məmmədovla heç bir şəxsi ədavətim yoxdur. Yalan məlumat yayıb, bununla bağlı rəsmi mövqeyimi bildirmişəm, rəsmi şikayət də etmişəm. Onun şərəf və ləyaqətimi alçaltması ilə bağlı məhkəməyə də müraciət edəcəyəm. Adəm Məmmədov yazdıqlarını təkzib edənədək hüquqi müstəvidə addımlarımı atacağam. Adəm Məmmədovun niyə belə bir məlumat yaymasını özündən soruşmaq lazımdır. Mənim Nürəddin Mustafayevlə heç bir problemim olmayıb”.
Qeyd edək ki, Adəm Məmmədov daha sonra həmin paylaşımı feysbuk statusunu hesabından silib. Bir neçə saat sonra isə statusu silməsinə belə aydınlıq gətirib: “Vəkil həmrəyliyini və xətrini istədiyim həmkarlarımın xahişlərini nəzərə aldım. Hamı bilir ki, mən cəsarətli və sözümü deyən insanam”.
A.Məmmədov statusunda həmçinin qeyd etmişdi ki, vəkil İsmayıl Kəngərli bir müddət bundan əvvəl analoji üsulla Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir prokurorun cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda həmin idarənin bir müstəntiqin isə vəzifədən azad olunmasına nail olub.
Xatırladaq ki, Nürəddin Mustafayev Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad olunub.